Dörd komanda final mərhələsinə vəsiqə alacaq? - AVRO-2024-də BU GÜN

17 Noyabr 2023 15:40 Avropa çempionatı 488
Dörd komanda final mərhələsinə vəsiqə alacaq? - AVRO-2024-də BU GÜN

AVRO-2024-ün seçmə mərhələsində IX tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 qrupda 7 oyun keçiriləcək.

E qrupunda Albaniya və Çexiya rəqiblərini məğlub etsələr, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.

Sportinfo.az xəbər verir ki,H qrupunda Danimarka – Sloveniya matçının qalibinin Almaniyada təşkil olunacaq Avropa çempionatında iştirakı dəqiqləşəcək.

Bu qarşılaşma, eləcə də,Qazaxıstan - San Marino görüşü heç-heçə nəticələnsə, o zaman həm Sloveniya, həm də Danimarka vəsiqə qazananlar sırasına qoşulacaqlar.

C qrupunda isə İngiltərə final mərhələsində iştirakını öncədən təmin edib.

17 noyabr

C qrupu
23:45. İngiltərə - Malta
23:45. İtaliya – Şimali Makedoniya
Xal durumu: İngiltərə - 16, Ukrayna – 13, İtaliya – 10, Şimali Makedoniya – 7, Malta - 0.

E qrupu
21:00. Moldova – Albaniya
23:45. Polşa – Çexiya
Xal durumu: Albaniya – 13, Çexiya – 11, Polşa – 10, Moldova – 9, Farer adaları - 1.

H qrupu
19:00. Qazaxıstan - San Marino
21:00. Finlandiya - Şimali İrlandiya
23:45. Danimarka – Sloveniya
Xal durumu: Sloveniya – 19, Danimarka – 19, Qazaxıstan – 15, Finlandiya – 12, Şimali İrlandiya – 6, San Marino - 0.

Digər Xəbərlər
Xəbər Lenti