Daha iki ölkə Avropa çempionatında - NƏTİCƏLƏR

17 Noyabr 2023 02:00 Avropa çempionatı 786
Daha iki ölkə Avropa çempionatında - NƏTİCƏLƏR

AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün 9 qarşılaşma baş tutub.

F qrupunda Azərbaycan millisi doğma meydanda İsveçə böyük hesabla qalib gəlib. Qrupun digər oyununda Estoniyanın qonağı olan Avstriya yığması inamlı qələbə sayəsində liderliyi ələ keçirib.

G qrupunda Bolqarıstanla məhsuldar heç-heçə edən Macarıstan millisi AÇ-nin final mərhələsinə vəsiqəni təmin edib.

J qrupunda da Slovakiya yığması İslandiya ilə ev oyunundan qalib ayrılmaqla Avropa çempionatında iştirak hüququ əldə edib.

16 noyabr

A qrupu

Kipr – İspaniya 1:3
Qollar: Pileas, 75 – Yamal, 5. Xoselu, 28. Rikelme, 28.

Gürcüstan – Şotlandiya 2:2
Qollar: Kvaratsxeliya, 15; 57 – Maktominey, 49. Şenklend, 90+3.

Xal: İspaniya – 18. Şotlandiya – 16. Norveç – 10. Gürcüstan – 8. Kipr – 0.

F qrupu

Azərbaycan – İsveç 3:0
Qollar: E.Mahmudov, 3; 89. R.Dadaşov, 6.

Estoniya – Avstriya 0:2
Qollar: Laymer, 26. Linhart, 40.

Xal: Avstriya – 19. Belçika – 17. İsveç – 7. Azərbaycan – 7. Estoniya – 1.

G qrupu

Bolqarıstan – Macarıstan 2:2
Qollar: Deyev, 24. Despodov, 78-pen – Adam, 10. Petkov, 90+7-öz qapısına.

Monteneqro – Litva 2:0
Qollar
: Kuç, 3. Yovetiç, 48.

Xal: Macarıstan – 15. Serbiya – 13. Monteneqro – 11. Litva – 6. Bolqarıstan – 3.

J qrupu

Lixtenşteyn – Portuqaliya 0:2
Qollar: Ronaldo, 46. Kanselo, 57.

Lüksemburq – Bosniya və Herseqovina 4:1
Qollar: Olesen, 6. Rodriqes, 30-pen; 90+5. Muyakiç, 55-öz qapısına – Qoykoviç, 90+4.

Slovakiya – İslandiya 4:2
Qollar: Kuçka, 30. Duda, 36-pen. Haraslin, 47; 55 – Oskarsson, 17. Qudyonsen, 74.

Xal: Portuqaliya – 27. Slovakiya – 19. Lüksemburq – 14. İslandiya – 10. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.

Digər Xəbərlər
Xəbər Lenti