UEFA AÇ-2024-ün rəsmi topunu təqdim etdi - FOTO

15 Noyabr 2023 18:40 Avropa çempionatı 693
UEFA AÇ-2024-ün rəsmi topunu təqdim etdi - FOTO

UEFA 2024-cü il Avropa çempionatının rəsmi topunu təqdim edib.

Sportinfo.az xəbər verir ki, topun dizaynının futbol sevincindən və turnirin enerjisindən ilhamlandığı bildirilib.

Top hər bir hərəkətinin oxunmasını təmin edən və VAR-ın köməyi ilə hakimin qərar vermə prosesini asanlaşdıran xüsusi texnologiya ilə təchiz olunub.

Top qara, sarı, qırmızı və yaşıl rənglərdə, üçbucaqlı naxışlı qanad formaları ilə ağ rəngdə hazırlanıb.

Topun üzərində AÇ-2024-ə ev sahibliyi edən hər bir şəhərin adı ilə yanaşı, bütün turnirin stadionlarının illüstrasiyaları əks olunub.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq