“Atalanta”lı Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək?

10 Noyabr 2023 09:20 Avropa çempionatı 593
“Atalanta”lı Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək?

Belçika yığmasının futbolçusu Şarl De Ketelare AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin məşq zamanı zədələnməsidir.

İtaliya klubu “Atalanta”nın üzvü dizindən xəsarət alıb. Bu üzdən o, komandasının qarşıdakı matçlarında iştirak edə bilməyəcək. 2

2 yaşlı oyunçu millilərin iştirakı ilə baş tutacaq oyunlar zamanı bərpa dövrü keçəcək. Onun Belçika yığmasına çağırılmaq şansı da azdır.

Noyabrın 15-də Serbiya ilə yoldaşlıq görüşü keçirəcək Belçika bundan 4 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq