AÇ-2024-də təxirə salınmış oyunların vaxtı bilindi

24 Oktyabr 2023 18:40 Avropa çempionatı 684
AÇ-2024-də təxirə salınmış oyunların vaxtı bilindi

FİFA İsrail millisinin AÇ-2024-ün seçmə mərhələsində Kosovo və İsveçrə yığmaları ilə təxirə salınmış oyunları üçün yeni tarixlər müəyyən edib.

Sportinfo.az xəbər verir ki, oktyabrın 15-də keçirilməli olan Kosovo ilə matç noyabrın 12-də oynanılacaq.

İsrail yığmasının isveçrəlilərlə oyunu üç gün sonra, noyabrın 15-də reallaşacaq.

İsrail millisi AÇ-2024-ün seçmə mərhələsinin I qrupunda 6 görüşün nəticəsinə əsasən 11 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.

Sözügedən oyunlar Fələstinlə müharibə səbəbindən təxirə salınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq