Rumıniyalılar "Bayer 04" - "Qarabağ" oyununda

24 Oktyabr 2023 12:40 Avropa çempionatı 333
Rumıniyalılar "Bayer 04" - "Qarabağ" oyununda

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Szabols Kovaç yerinə yetirəcək.

VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri olacaq.

Oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti