Final mərhələsinə vəsiqəni Bakıda qazanacaqlar? - AVRO-2024-də bu gün

16 Oktyabr 2023 15:20 Avropa çempionatı 443
Final mərhələsinə vəsiqəni Bakıda qazanacaqlar? - AVRO-2024-də bu gün

AVRO-2024-ün seçmə mərhələsində VIII tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 qrupda ümumilikdə 7 oyun keçiriləcək.

F qrupunda yer alan Azərbaycan millisi Avstriyanı qəbul edəcək. Qonaq komanda Bakıda qələbə qazanarsa, qrupun lideri Belçikadan sonra final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

B qrupunda isə Yunanıstan hədəfinə çata bilər. Bunun üçün yunanlar doğma arenada Niderlandı minimum 4 top fərqi ilə məğlub etməlidirlər.

16 oktyabr

B qrupu
22:45. Yunanıstan – Niderland
22:45. Cəbəllütariq – İrlandiya
Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5), İrlandiya – 3 (6), Cəbəllütariq – 0 (5)

F qrupu
20:00. Azərbaycan – Avstriya
22:45. Belçika – İsveç
Xal durumu: Belçika – 16 (6), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)

J qrupu
22:45. Bosniya və Herseqovina – Portuqaliya
22:45. İslandiya – Lixtenşteyn
22:45. Lüksemburq – Slovakiya
Xal durumu: Portuqaliya – 21 (7), Slovakiya – 13 (7), Lüksemburq – 11 (7), Bosniya və Herseqovina – 9 (7), İslandiya – 7 (7), Lixtenşteyn – 0 (7)

Digər Xəbərlər
Xəbər Lenti