Belçikalılar onları Bakıya dilxor göndərdi - VİDEO

15 Oktyabr 2023 02:20 Avropa çempionatı 489
Belçikalılar onları Bakıya dilxor göndərdi - VİDEO

Avro-2024-ün seçmə mərhələsində 7-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı F qrupunda Avstriya doğma meydanda Belçikanı qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən Belçika qrupun lideridir. 13 xalı olan Avstriya isə 2-ci yerdədir

Avstriya - Belçika 2:3
Qollar: K.Laimer, 73, M.Sabitzer, 84(pen) - D.Lukebakio, 12, 55, R.Lukaku, 58

Digər Xəbərlər
Xəbər Lenti