COP29

AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun - BU GÜN

14 Oktyabr 2023 15:20 Avropa çempionatı 521
AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun - BU GÜN

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçiriləcək.

Son qitə çempionu İtaliya Maltanı qəbul edəcək. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı sınağa çəkəcək.

G qrupunda Litva Bolqarıstanın, Serbiya Macarıstanın qonağı olacaq.

H qrupunda isə Şimali İrlandiya - San Marino, Sloveniya - Finlandiya və Danimarka - Qazaxıstan matçları gerçəkləşəcək.

Bu qruplarda final mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına növbəti turlarda aydınlıq gələcək.

C qrupu

17:00. Ukrayna - Şimali Makedoniya

22:45. İtaliya - Malta

Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya - 7 (4), Ukrayna - 7 (5), Şimali Makedoniya - 7 (5), Malta - 0 (5)

G qrupu

20:00. Bolqarıstan - Litva

22:45. Macarıstan - Serbiya

Xal durumu: Macarıstan - 10 (4), Serbiya - 10 (5), Monteneqro - 8 (5), Bolqarıstan - 2 (5), Litva - 2 (5)

H qrupu

17:00. Şimali İrlandiya - San Marino

20:00. Sloveniya - Finlandiya

22:45. Danimarka - Qazaxıstan

Xal durumu: Sloveniya - 13 (6), Danimarka - 13 (6), Finlandiya - 12 (6), Qazaxıstan - 12 (6), Şimali İrlandiya - 3 (6), San Marino - 0 (6)

Digər Xəbərlər
Xəbər Lenti