COP29

Üç komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaq?: - BU GÜN

13 Oktyabr 2023 15:20 Avropa çempionatı 647
Üç komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaq?: - BU GÜN

AVRO-2024-ün seçmə mərhələsində bu gün VII turun növbəti oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, B, F və J qruplarında 7 görüş baş tutacaq.

Hər qrupda bir komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Fransa Niderlanda qalib gəlsə, Almaniyada təşkil olunacaq qitə birinciliyində iştirak hüququna yiyələnəcək.

Həmçinin görüş heç-heçə nəticələnsə, digər matçda isə Yunanıstan İrlandiyaya məğlub olsa, fransızlar yenə hədəfə çatacaqlar.

Azərbaycan millisinin yer aldığı F qrupunda gerçəkləşəcək Avstriya – Belçika qarşılaşmasının qalibi AVRO-2024-ə vəsiqə qazanacaq.

J qrupunda isə Portuqaliyanın məqsədinə çatması üçün evdə Slovakiyanı üstələməsi yetərli olacaq.

Portuqallar heç-heçə etsələr, digər qarşılaşmada isə Lüksemburq İslandiyaya uduzsa, Kriştianu Ronaldunun kapitanı olduğu kollektiv yenə də final mərhələsinə yollana biləcək.

13 oktyabr

B qrupu
22:45. İrlandiya – Yunanıstan
22:45. Niderland – Fransa
Xal durumu: Fransa – 15 xal (5 oyun), Niderland – 9 (4), Yunanıstan – 9 (5), İrlandiya – 3 (5), Cəbəllütariq – 0 (5)

F qrupu
20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika
Xal durumu: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan – 1 (4), Estoniya – 1 (5)

J qrupu
22:45. İslandiya – Lüksemburq
22:45. Portuqaliya – Slovakiya
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xal durumu: Portuqaliya – 18 (6), Slovakiya – 13 (6), Lüksemburq – 10 (6), Bosniya və Herseqovina – 6 (6), İslandiya – 6 (6), Lixtenşteyn – 0 (6)

Digər Xəbərlər
Xəbər Lenti