AÇ-2024-ün bu oyunu təxirə salındı – Müharibəyə görə

12 Oktyabr 2023 00:20 Avropa çempionatı 616
AÇ-2024-ün bu oyunu təxirə salındı – Müharibəyə görə

AÇ-2024-ün seçmə mərhələsinin İsrail – İsveçrə oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, təxirə salınan qarşılaşma noyabrın 15-də keçiriləcək. Qarşılaşmanın İsraildə keçirilməyəcəyi gözlənilir.

Oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır. Öncədən isə görüşün oktyabrın 12-də keçirilməsi nəzərdə tutulmuşdu.

İ qrupunda yer alan İsrail millisi İsveçrə və Rumıniyadan sonra qrupda üçüncü pillədədir. Həmin qrupda adıçəkilən millilərlə yanaşı, Belarus, Kosovo və Andorra da mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!