COP29

Azərbaycan yığmasının AVRO-2024-də iştirak şansı qalıbmı?

17 Sentyabr 2023 22:40 Avropa çempionatı 900
Azərbaycan yığmasının AVRO-2024-də iştirak şansı qalıbmı?

AVRO-2024-ün seçmə mərhələsinin V və VI turunun oyunlarından sonra 6 komandanın bu turnirdən final mərhələsinə yollanmaq şansı bitib.

Sportinfo.az xəbər verir ki, ubnlar Kipr, Cəbəllütariq, Latviya, Estoniya, San Marino və Lixtenşteyndir.

Adıçəkilən yığmaların yer aldıqları qrupda ilk iki pillədə qərarlaşmayacaqları artıq dəqiqdir. Ancaq bəzilərinin UEFA Millətlər Liqasından belə bir imkan əldə etmələri mümkündür. Bu isə AVRO-2024-ün seçmə mərhələsinin yekun nəticələrindən asılı olacaq.

Eyni zamanda, Azərbaycan, Malta, Farer adaları, Bolqarıstan, Litva və Andorranın tsikldən final mərhələsinə vəsiqə qazanmaq şansı möcüzəyə bağlıdır.

F qrupunda qərarlaşan Azərbaycan millisinin hesabında 1 xal var. Canni De Byazinin yetirmələri bundan sonra maksimum nəticə göstərsə, qrupu 13 xalla başa vuracaqlar.

Hazırda isə ilk iki pillədə qərarlaşan Belçika və Avstriya 13 xala malikdirlər. Növbəti turda bu iki yığmanın üz-üzə gələcəyini nəzərə alsaq, millimiz ən yaxşı halda 2-ci pilləyə nəzəri şanslarını qoruyur.

Bunun üçün Avstriya – Belçika qarşılaşmasında tərəflərdən biri qalib gəlməli, məğlub olan komanda digər matçlarında da uduzmalıdır.

Bu baş verərsə və Azərbaycan qalan 4 matçın hamısında qalib gələrsə, xallar bərabərləşəcək. Bu halda isə şəxsi oyunların nəticələrinə baxılacaq. Əlbəttə, 6 xala malik İsveç də son üç qarşılaşmada 6-dan çox xal toplamamalıdır.

Yuxarıda adları çəkilən digər komandalar da yığmamız kimi bundan sonra maksimum xal toplasalar belə, qrupda ikinci olmaq ehtimalları cüzidir.

AVRO-2024-ün seçmə mərhələsində növbəti tura oktyabrın 12-də start veriləcək. Azərbaycan millisi oktyabrın 13-də Estoniyanın qonağı olacaq, 16-da isə Avstriyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti