COP29

İngiltərə finalda İspaniyanı uddu, Avropa çempionu oldu

9 İyul 2023 00:00 Avropa çempionatı 477
İngiltərə finalda İspaniyanı uddu, Avropa çempionu oldu

21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruis penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti