
U-21 milli komandaları arasında Avropa çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinə start verilib.
İlk oyun çempionatın sürpriz komandası Gürcüstanla İsrail arasında olub.
Tiflisdəki Boris Payçadze adına stadionda keçirilən görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan İsrail 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Gürcüləri “Şamaxı”dan tanıdığımız Ramaz Svanadze çalışdırır. Onun köməkçisi isə Bakıda birgə işlədiyi əmisi Zaur Svanadzedir.
Avropa çempionatına Gürcüstan və Rumıniya ev sahibliyi edir. Çempionata iyulun 8-də yekun vurulacaq.
Gürcüstan U-21 - İsrail U-21 - 0:0 (penaltilər seriyası - 3:4)