
Gənclər arasında Avropa çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, Gürcüstan və Rumıniyada təşkil olunan turnirdə ikinci tura start verilib.
A qrupunda keçirilən oyunlarda Gürcüstan millisinin uğurlu çıxışı diqqət çəkir. İlk matçda Portuquliyaya 2:0 hesabı qalib gələn gürcü gənclər 2-ci tur matçında da azarkeşlərini sevindirib.
Onlar Belçika ilə görüşdə heç-heçə ediblər. Maraqlıdır ki, gürcülər ilk hissədə 0:2 hesabı ilə geridə olub.
Fasilədən sonra isə Sitaişvili (51-ci dəq.) və Quliaşvilinin (87) qolları sayəsində 1 xal qazanıblar. Bu nəticə ilə Gürcüstan 4 xalla A qrupunun vahid lideri olub.
Bu komandanı “Şamaxı”dan tanıdığımız Ramaz Svanadzedenin çalışdırdığını xatırladaq.
2017-ci ilin payızında Azərbaycandan ayrılmış mütəxəssis artıq bir neçə ildir U-21-ə rəhbərlik edir. Onun yardımçısı isə “Şamaxı”da çiyin-çiyinə işlədiyi əmisi Zaur Svanadzedir.
Bu qrupun digər matçında Portuqaliya Niderlandla bərabərə qalıb (1:1). Beləliklə, hazırda Gürcüstan 4 xalla 1-ci yeri tutur. Belçika və Niderland hərəyə 2 xalla müvafiq olaraq 2-3-cü yerləri bölüşdürür. Portuqaliya isə 1 xalla sonuncu yerdədir.
B qrupunda da oyunlar keçirilib. İlk turda Xorvatiyaya qalib gələn (2:0) Ukrayna bu dəfə Ruminiyanı məğlubiyyətə uğradıb - 1:0. Qrupun digər oyununda İspaniya Xorvatiyanı üstələyib (1:0).
Ukrayna millisinin baş məşqçisi Ruslan Rotanın qələbə sevinci
Hazırda İspaniya və Ukrayna 6 xalla 1-2-ci yerdədirlər. Bu komandalar qrupun son oyununda üz-üzə gələcəklər.
Xorvatiya və Rumıniyanın isə xalı yoxdur. Son turun nəticəsindən asılı olmayaraq, İspaniya və Ukrayna 1/4 finala vəsiqəni təmin ediblər.
2-ci tura C və D qrupunda bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.