COP29

Azərbaycanlı açılış oyununda ən çox "qırmızı şeytanlar"ı cəzalandırdı

22 İyun 2023 09:00 Avropa çempionatı 700
Azərbaycanlı açılış oyununda ən çox "qırmızı şeytanlar"ı cəzalandırdı

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, turnirin Belçika və Niderland arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Gürcüstanın paytaxtı Tbilisidəki "Mesxi" stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb.

36 yaşlı referi görüş ərzində 5 dəfə əlini cibinə atıb. O, "qırmızı şeytanlar"dan 3, "narıncılar"dan isə 2 futbolçuya sarı vərəqə göstərib.

Bu qrupun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla üstələyib.

B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyanı məğlub edib - 2:0. Hesabı ötən mövsümü icarə əsasında "Sabah"da keçirmiş Aleksey Kaşuk açıb.

19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib.

B qrupunun Rumıniya - İspaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti