Avropa çempionatının açılış oyunu azərbaycanlılara əmanət!

19 İyun 2023 17:20 Avropa çempionatı 845
Avropa çempionatının açılış oyunu azərbaycanlılara əmanət!

FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, iyunun 21-də Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq