COP29

Millimizin qrupunda Belçika Avstriya ilə 1:1 etdi - AVRO-2024-ün NƏTİCƏLƏRİ

18 İyun 2023 00:50 Avropa çempionatı 869
Millimizin qrupunda Belçika Avstriya ilə 1:1 etdi - AVRO-2024-ün NƏTİCƏLƏRİ

AVRO-2024-ün seçmə mərhələsində III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə beş qrupda ümumilikdə 11 görüş keçirilib.

F qrupunda yer alan Azərbaycan millisi “Dalğa Arena”da Estoniya ilə 1:1 hesablı heç-heçə edib.

Bu qrupun digər matçında Belçika doğma arenasında Avstriyanı qəbul edib. Bu matçda da eyni hesab qeydə alınıb.

Norveç gözlənilmədən öz meydanında Şotlandiyaya uduzubsa, Çexiya və Slovakiya səfərdə, Portuqaliya isə evdə aktivinə 3 xal yazdırıblar.

17 iyun

A qrupu

20:00. Norveç - Şotlandiya - 1:2

Qollar: Erlinq Holann, 61 (pen.) - Lindon Diks, 87, Kenni Maklin, 89

22:45. Kipr - Gürcüstan - 1:2

Qollar: Yannis Pittas, 40 (pen.) - Georges Mikautadze, 31, Zuriko Davitaşvili, 84

Xal durumu: Şotlandiya - 9. Gürcüstan - 4. İspaniya - 3. Norveç - 1. Kipr - 0.

E qrupu

22:45. Albaniya - Moldova - 2:0

Qollar: Yasir Asani, 52, Nedim Bayrami, 76

22:45. Farer adaları - Çexiya - 0:3

Qollar: Ladislav Kreyçi, 15, Vaçlav Çerni, 44, 75

Xal durumu: Çexiya – 7. Polşa – 3. Albaniya - 3. Moldova – 2. Farer adaları - 1.

F qrupu

20:00. Azərbaycan - Estoniya - 1:1

Qollar: Anton Krivotsyuk, 62 - Rauno Sappinen, 27

22:45. Belçika - Avstriya - 1:1

Qollar: Romelu Lukaku, 61 - Orel Manqala, 22 (avtoqol)

Xal durumu: Avstriya – 7. Belçika - 4. İsveç – 3. Estoniya - 1. Azərbaycan - 1.

G qrupu

22:45. Litva - Bolqarıstan - 1:1

Qollar: Edvinas Girdvainis, 15 - Marin Petkov, 27

22:45. Monteneqro Macarıstan - 0:0

Xal durumu: Serbiya – 6. Macarıstan – 4, Monteneqro – 4. Bolqarıstan - 1. Litva – 1

J qrupu

17:00. Lüksemburq - Lixtenşteyn - 2:0

Qollar: Danel Sinani, 59, Gerson Rodriges, 89

22:45. Portuqaliya - Bosniya və Herseqovina - 3:0

Qollar: Bernardu Silva, 44, Brunu Fernandeş, 77, 90+3

22:45. İslandiya - Slovakiya - 1:2

Qollar: Alfred Finnboqason, 41 (pen.) - Yuray Kuçka, 27, Tomas Suslov, 70

Xal durumu: Portuqaliya - 9. Slovakiya - 7. Lüksemburq - 4. Bosniya və Herseqovina - 3. İslandiya - 3. Lixtenşteyn - 0.

Digər Xəbərlər
Xəbər Lenti