Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi edəcək?

7 Aprel 2023 00:00 Avropa çempionatı 269
Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi edəcək?

Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb.

Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq.

Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var. UEFA Avro-2028 və Avro-2032-yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.

Növbəti Avropa çempionatı - Avro-2024 Almaniyada keçiriləcək. Türkiyə ev sahiblii üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti