AVRO-2024: Avstriya, Fransa və Niderlanddan qələbə - NƏTİCƏLƏR

28 Mart 2023 00:50 Avropa çempionatı 514
AVRO-2024: Avstriya, Fransa və Niderlanddan qələbə - NƏTİCƏLƏR

AVRO-2024-ün seçmə mərhələsində II turun daha 8 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, B, E, F və G qruplarında növbəti matçlar baş tutub.

Azərbaycan millisinin İsveçə 0:5 hesabı ilə məğlub olduğu F qrupunun digər görüşündə Avstriya Estoniya üzərində 2:1 hesablı qələbə qazanıb.

B qrupunun favoritlərindən Niderland öz meydanında, Fransa səfərdə aktivinə 3 xal yazdıraraq, sensasiyaya imkan verməyiblər.

24 mart

B qrupu

22:45. Niderland - Cəbəllütariq – 3:0

Qollar: Memfis Depay, 23, Natan Ake, 50, 82

22:45. İrlandiya – Fransa – 0:1

Qol: Benjamin Pavar, 50

Xal durumu: Fransa – 6. Yunanıstan – 3, Niderland - 3. İrlandiya - 0, Cəbəllütariq - 0

E qrupu

22:45. Polşa – Albaniya – 1:0

Qol: Karol Sviderski, 41

22:45. Moldova – Çexiya – 0:0

Xal durumu: Çexiya – 4. Polşa – 3. Moldova – 2. Farer adaları - 1, Albaniya - 0

F qrupu

22:45. İsveç - Azərbaycan – 5:0

Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (avtoqol), Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89

22:45. Avstriya – Estoniya – 2:1

Qollar: Florian Kainz, 68, Mixael Qreqoritş, 88 - Rauno Sappinen, 25

Xal durumu: Avstriya – 6. Belçika - 3, İsveç – 3. Estoniya - 0, Azərbaycan - 0

G qrupu

22:45. Macarıstan – Bolqarıstan – 3:0

Qollar: Balint Veçsey, 7, Dominik Şoboşlay, 26, Martin Adam, 39

22:45. Monteneqro – Serbiya – 0:2

Qollar: Duşan Vlahoviç, 78, 90+6

Xal durumu: Serbiya – 6. Macarıstan – 3, Monteneqro – 3. Litva – 0, Bolqarıstan – 0

Digər Xəbərlər
Xəbər Lenti