AVRO-2024: İspaniyadan 3 qol, Xorvatiya qələbəni əldən verdi - NƏTİCƏLƏR

26 Mart 2023 01:50 Avropa çempionatı 888
AVRO-2024: İspaniyadan 3 qol, Xorvatiya qələbəni əldən verdi - NƏTİCƏLƏR

AVRO-2024-ün seçmə mərhələsində I tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, A, D və I qruplarında ümumilikdə 3 oyun keçirilib.

İspaniya millisi evdə Norveçin qapısından 3 cavabsız qolla qalib gəlib. Xorvatiya yığması doğma meydanda Uelslə heç-heçə edib - 1:1. Rumıniya isə səfərdə Andorradan üstün olub.

A qrupunda Şotlandiya millisi Kipr yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 21-ci dəqiqədə Con Makginn, 87-ci və 90+3-cü dəqiqələrdə isə Skott Maktominey vurublar.

Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qonaqlardan Nikolas Yoannu ikinci sarı vərəqə ilə meydandan qovulub.

A qrupu

18:00. Şotlandiya - Kipr - 3:0
Qollar:
Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5

23:45. İspaniya - Norveç - 3:0
Qollar:
Dani Olmo, 13. Xoselu, 84; 85

Xal durumu: Şotlandiya - 3, İspaniya - 3, Gürcüstan - 0 (oyun keçirməyib), Kipr - 0, Norveç - 0

D qrupu

21:00. Ermənistan - Türkiyə - 1:2
Qollar:
Ozan Kabak, 10 (avtoqol) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64

23:45. Xorvatiya - Uels - 1:1
Qollar:
Andrey Kramariç, 23 - Neytan Brodhed, 90+3

Xal durumu: Türkiyə - 3, Uels - 1, Xorvatiya - 1, Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0.

I qrupu

21:00. Belarus - İsveçrə - 0:5
Qollar:
Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65

21:00. İsrail - Kosovo - 1:1
Qollar:
Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)

23:45. Andorra - Rumıniya - 0:2
Qollar:
Dennis Man, 35. Denis Alibek, 49
Qırmızı vərəqə: Mark Rebes, 61 (Andorra)

Xal durumu: İsveçrə - 3, Rumıniya - 3, Kosovo - 1, İsrail - 1, Andorra - 0, Belarus - 0.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"