
UEFA AVRO-2024-də iştirak edən komandalara ümumilikdə 371 milyon avro vəsait ayıracaq.
Sportinfo.az xəbər verir ki, final mərhələsi Almaniyada keçiriləcək AVRO-2024-ə bugündən etibarən start veriləcək.
Turnirin seçmə mərhələsinin ilk oyunları 23-25 mart tarixlərində oynanılacaq.
UEFA final mərhələsində iştirak edəcək 24 komandaya ümumilikdə 371 milyon avro ödəyəcək. Bu AVRO-2020-də iştirakçılara paylanan məbləğlə eynidir.
İspaniyanın "El Mundo Deportivo" qəzetində yer alan məlumata görə, UEFA-nın Avropa çempionatı üçün verdiyi mükafatların məbləği son 10 ildə 135 milyon avro artıb.
AVRO-2024-də hər komandaya 9,25 milyon avro iştirak mükafatı, qələbəyə görə 1,5 milyon avro veriləcək. Heç-heçə üçün isə 750 min avro ödəniləcək.
Final mərhələsinə vəsiqə qazanan komandalar büdcələrini 2 milyon avro məblğində artıracaq.
1/4 finala yüksələnlər 3,25 milyon, yarımfinalda iştirak edənlər isə 5 milyon avro qazanacaq. İkinci yeri tutan komanda 7 milyon, çempion isə 10 milyon avro qazanacaq.
Bütün bu rəqəqmləri nəzərə alsaq çempion komanda ümumilikdə təxminən 30 milyon avro mükafat qazanacaq.