AVRO-2024-ün seçmə mərhələsi start götürür - BU GÜN

23 Mart 2023 18:20 Avropa çempionatı 806
AVRO-2024-ün seçmə mərhələsi start götürür - BU GÜN

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.

C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.

I tur
C qrupu

23:45. İtaliya - İngiltərə
23:45. Şimali Makedoniya - Malta

H qrupu
19:00. Qazaxıstan - Sloveniya
22:45. Danimarka - Finlandiya
22:45. San Marino - Şimali İrlandiya

J qrupu
23:45. Portuqaliya - Lixtenşteyn
23:45. Slovakiya - Lüksemburq
23:45. Bosniya və Herseqovina - İslandiya

Digər Xəbərlər
Xəbər Lenti