DÇ-2022-də bu gün: Argentina finalda

14 Dekabr 2022 00:55 Avropa çempionatı 851
DÇ-2022-də bu gün: Argentina finalda

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya üz-üzə gələcəklər.

Bununla da mundialda ilk finalçı bəlli olacaq. "Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

13 dekabr

23:00. Argentina - Xorvatiya 3:0

Qollar: Lionel Messi, 34 (p), Xulian Alvares, 38, 68

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq