UEFA iştirakçıların sayını artırmaqdan imtina etdi - Avropa çempionatında

16 Oktyabr 2022 02:40 Avropa çempionatı 751
UEFA  iştirakçıların sayını artırmaqdan imtina etdi - Avropa çempionatında

UEFA Avropa çempionatında iştirak edəcək komandaların sayını 32-yə çatdırmaq ideyasından imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri yazıb.

Məsələyə baxmaqdan imtinaya səbəb Avropa yayımçılarının 55 komandadan 32-nin çempionata getdiyi təsnifat mərhələsinin tamaşaçılar üçün maraqlı olmadığını və onun nəticələrinin proqnozlaşdırıla biləcəyini hesab edən mövqeyi olub.

Bundan əvvəl UEFA 2028-ci ildən etibarən turnirin final hissəsinin formatını dəyişdirərək iştirakçıların sayını 32 komandaya çatdırmağı nəzərdə tuturdu.

2016-cı ildə Avropa çempionatında komandaların sayı artıq 16-dan 24-ə yüksəlib.

Noyabrda UEFA İcraiyyə Komitəsində bununla bağlı rəsmi qərar veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"