UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini etiraf etdi

16 Oktyabr 2022 01:20 Avropa çempionatı 1 093
UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini etiraf etdi

UEFA 2024-cü il Avropa çempionatının seçmə oyunlarının təqvimində səhvə yol verildiyi barədə Avropa futbol assosiasiyalarına xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyası tviterdə məlumat yayıb.

“Təəssüflə bildiririk ki, təqvimlə bağlı problem müşahidə etdik və sizdən göndərilmiş matçların siyahısını diqqətə almamağınızı xahiş edirik.

Yeni versiya mümkün qədər tez dərc olunacaq. Yaranmış hər hansı narahatlığa görə üzr istəyirik”, - UEFA-nın açıqlamasında qeyd olunub.

Oktyabrın 9-da Almaniyanın Frankfurt-Mayn şəhərində 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Mərasimdə Millətlər Liqasının 2022/2023 mövsümü üçün ümumi reytinqinə əsasən sıralanan 53 milli assosiasiya iştirak edib.

Gələcək turnirə ev sahibliyi edəcək Almaniya final mərhələsinə birbaşa vəsiqə əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti