Millimizin Avro-2024-də rəqibləri bu tarixdə bilinəcək

23 Sentyabr 2022 02:40 Avropa çempionatı 1 021
Millimizin Avro-2024-də rəqibləri bu tarixdə bilinəcək

Rusiyanın Avro-2024-də iştirak etməyəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Xorvatiyada UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.

İclasda Avro-2024-ün seçmə mərhələsinin planı təsdiqlənib.

Ukraynya hərbi müdaxiləsinə görə Rusiya seçmə mərhələyə qatılmayacaq. Almaniya isə ev sahibi olduğu üçün birbaşa final mərhələsində iştirak hüququna sahibdir.

Azərbaycan millisi də daxil olmaqla digər 53 ölkə 2024-cü ildə keçiriləcək Avropa çempionatında iştirak etmək üçün 10 qrupda mübarizə aparacaq. 7 qrupda 5, 3 qrupda isə 6 komanda yer alacaq.

Qrup liderləri və ikinci yerin sahibləri final mərhələsinə yüksələcək. Digər üç vəsiqənin sahibinin adına isə 2024-cü ilin mart ayında baş tutacaq pley-off matçlarından sonra aydınlıq gələcək.

Avro-2024-ün seçmə mərhələsinin püşkü 9 oktyabr tarixində, Almaniyanın Frankfurt şəhərində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti