Azərbaycan və Ermənistan eyni qrupa düşməyəcək - AVRO-2024-də püşkatma

21 Sentyabr 2022 09:20 Avropa çempionatı 1 599
Azərbaycan və Ermənistan eyni qrupa düşməyəcək - AVRO-2024-də püşkatma

UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı detalları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək.

Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.

Azərbaycan və Ermənistan, Belarus və Ukrayna, Cəbəllütariq və İspaniya, Bosniya və Herseqovina ilə Kosovo, həmçinin Serbiya və Kosovo yığmaları siyasi məsələlərə görə eyni qrupa düşməyəcəklər.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti