İcraiyyə Komitəsi yığışır – Hansı məsələlər müzakirə ediləcək?

19 Sentyabr 2022 03:00 Avropa çempionatı 494
İcraiyyə Komitəsi yığışır – Hansı məsələlər müzakirə ediləcək?

UEFA İcraiyyə Komitəsi sentyabrın 20-də keçiriləcək iclasında 2024-cü il Avropa çempionatının seçmə turnirinin püşkatma prosedurunu müzakirə edəcək.

Sportinfo.az xəbər verir ki, görüş Xorvatiyanın Hvar adasında baş tutacaq.

İcraiyyə komitəsinin gündəmində həmçinin 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatının ev sahiblərinin müəyyənləşdirilməsi də var.

Bundan əlavə, UEFA-nın müxtəlif komitələrinin müraciətlərinə baxılacaq.

Rusiya komandasının püşkatma mərasiminə buraxılması ilə bağlı yekun qərar hələ verilməyib. Ümumiyyətlə, AVRO 2024-ün seçmə turniri Rusiya komandasının kənarlaşdırıldığı yarışların siyahısında yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"