İngiltərə Almaniyanı uddu, Avropa çempionu oldu - VİDEO

1 Avqust 2022 00:00 Avropa çempionatı 470
İngiltərə Almaniyanı uddu, Avropa çempionu oldu - VİDEO

Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İngiltərə tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.

Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib - 2:1.

Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb.

111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub. Kelli qol sevincini futbolkasını əynindən çıxararaq qeyd etdiyi üçün ukraynalı referi Katerina Monzuldan sarı vərəqə alıb.

Yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.

İngiltərə - Almaniya - 2:1

Qollar: Ella, 62 (1:1), Lina, 79 (1:1), Kelli, 110 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!