“Avro-2028 Ukraynada keçirilsin” dedi, ara qarışdı

28 Mart 2022 18:40 Avropa çempionatı 829
“Avro-2028 Ukraynada keçirilsin” dedi, ara qarışdı

Sporrtinfo.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Consonla İngiltərə Futbol Assosiasiyası arasında münasibət gərginləşib.

Conson Rusiyanın Avro-2028-ə ev sahibliyi etmək istəyindən sonra bildirmişdi ki, çempionat Ukraynada keçirilməlidir.

Avro-2028-ə ev sahibliyi etmək üçün İngiltərə də ərizə verib. Baş nazirin belə açıqlaması federasiyada birmənalı qarşılanmayıb.

Futbol funksionerləri bildiriblər ki, Conson belə açıqlama ilə ölkənin maraqlarına ziyan vurur.

Onu da qeyd edək ki, Conson Ukraynanın fley-off oyunlarından azad edilməsini və birbaşa dünya çempionatına yollanmasını da təklif edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!