Türkiyə və Rusiya da namizədliyini irəli sürdü - AÇ-2028 üçün

24 Mart 2022 00:10 Avropa çempionatı 449
Türkiyə və Rusiya da namizədliyini irəli sürdü - AÇ-2028 üçün

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələrin siyahısı genişlənir.

Sportinfo.az xəbər verir ki, İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels qitə birinciliyini birgə keçirmək üçün namizədliyini irəli sürüb.

Türkiyə də AÇ-2028-i keçirməyə iddialıdır. Belə ki, Türkiyə Futbol Federasiyası (TFF) qitə birinciliyinə ev sahibliyi etmək üçün namizədliyini rəsmən UEFA-ya təqdim edib.

Daha öncə türklər AÇ-2016 və AÇ-2014-ü təşkil etməyə iddialı olsa da, təklifi müsbət dəyərləndirilməmişdi.

Sözügedən qitə birinciliyini keçirməyə Rusiya da iddialıdır. Rusiya Futbol İttifaqı da namizədliyini irəli sürüb.

Halbuki bu ölkə Ukraynaya hücum etdiyinə görə FİFA və UEFA bayrağı altında keçirilən bütün turnirlərdən təcrid olunub.

Lakin bu ölkənin AÇ-2028 və AÇ-2032-yə ev sahibi olmaq üçün namizədliyini irəli sürməsi ilə bağlı hansısa qadağa qoyulmayıb.

Ərizəni UEFA-ya təqdim etmək üçün son tarix bu gün – 23 martdır. Yekun namizədlərin elanı aprelin 5-nə planlaşdırılıb.

AÇ-2028-in 24 yox, 32 komandanın iştirakı ilə keçirilməsi gözlənilir. AÇ-2024 isə Almaniyada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti