Penaltilər seriyası İtaliyanı finala apardı - VİDEO

7 İyul 2021 01:42 Avropa çempionatı 866
Penaltilər seriyası İtaliyanı finala apardı - VİDEO

Avropa çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, finala vəsiqə uğrunda İtaliya və İspaniya qarşılaşıb.

İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutan matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edib.

Oyunun ilk hissəsində qapılara top vurulmayıb. Hesabı 60-cı dəqiqədə italiyalılar açıblar. "Skuadra Adzurra"nın heyətində Federiko Kyeza fərqlənib.

80-ci dəqiqədə İspaniya millisinin hücumçusu Alvaro Morata tarazlığı bərpa edib. Görüşün əsas vaxtı heç-heçə ilə bitdiyindən əlavə 30 dəqiqə oynanılıb.

Hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Roberto Mançinin baş məşqçi olduğu kollektiv adını finala yazdırıb.

İtaliya millisinin finaldakı rəqibi İngiltərə və Danimarka arasında keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu