Son saniyələr Portuqaliyanın oldu, qazandılar

7 İyul 2021 10:20 Avropa çempionatı 1 456
Son saniyələr Portuqaliyanın oldu, qazandılar

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, F qrupunda baş tutan matçda Portuqaliya millisi 2:1 hesablı qələbə qazanıb.

62-ci dəqiqədə Lukaş Provodun qolu sayəsində Çexiya millisi hesabda önə keçib. Sonra çexiyalı Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib.

Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub.

F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq