Hansı AÇ-2024-ün qalibi olacaq? - Ötənlərin tanınmış futbolçusu proqnoz verdi

10 İyun 2024 10:00 Avropa çempionatı 2 197
Hansı AÇ-2024-ün qalibi olacaq? - Ötənlərin tanınmış futbolçusu proqnoz verdi

Keçmiş futbolçu Cimi Karrager qarşıdan gələn Avropa çempionatı ilə bağlı proqnoz verib.

Sportinfo.az xəbər verir ki, Karrager “The Telegraph” qəzetinə müsahibəsində İngiltərə yığmasının Fransaya uduzacağı təqdirdə, fransızların finala yüksələcəyini bildirib.

Karragerə görə, AÇ-2024-ün ikinci finalçısı turnirin ev sahibi olan Almaniya millisi olacaq.

Kubok uğrunda həlledici görüşdə fransızlar almanlardan güclü olacaq. Ümumiyyətlə, Karrager Fransa milli komandasının qələbəsini proqnozlaşdırır.

Bu arada, Karragerin bir çox proqnozlarının qeyri-dəqiq olduğunu söyləməyə dəyər.

“Liverpul”un keçmiş oyunçusu bu yaxınlarda “Borussiya”nın (Dortmund) Çempionlar Liqasının finalında “Real”ı məğlub edəcəyini proqnozlaşdırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM