AÇ-2024-ün açılış oyununu onlar idarə edəcək - İlk təyinat

13 İyun 2024 10:00 Avropa çempionatı 1 619
AÇ-2024-ün açılış oyununu onlar idarə edəcək - İlk təyinat

Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Jerom Brisar əyləşəcək. Onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaq.

İyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AÇ 2024-ə iyulun 14-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti