COP29

Ukrayna İngiltərəyə uduzmadı, İtaliya yenə xal itirdi - AVRO-2024-də NƏTİCƏLƏR

10 Sentyabr 2023 01:20 Avropa çempionatı 1 681
Ukrayna İngiltərəyə uduzmadı, İtaliya yenə xal itirdi - AVRO-2024-də NƏTİCƏLƏR

Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, üç qrupda baş tutan 7 görüşlə V tura yekun vurulub.

F qrupunda qərarlaşan Azərbaycan millisi Belçikaya 0:1 hesabı ilə məğlub olub. İsveç səfərdə Estoniyanın qapısından 5 cavabsız top keçirib.

C qrupunun lideri İngiltərə ilk dəfə xal itkisinə məruz qalıb. “Dumanlı Albion” təmsilçisi səfərdə ən yaxın izləyicisi Ukrayna ilə heç-heçə edib.

İtaliya isə Şimali Makedoniyada yerli komanda ilə xalları yarı bölüb. İ qrupunun hər üç görüşü “sülh”lə yekunlaşıb.

9 sentyabr

C qrupu
Ukrayna – İngiltərə - 1:1

Qollar: Aleksandr Zinçenko, 26 (1:0) Kayl Uolker, 41 (1:1)

Şimali Makedoniya – İtaliya – 1:1

Qollar: İmmobile, 47 (0:1), Bardi, 81 (1:1)
Xal durumu: İngiltərə - 13 xal (5 oyun), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4).

F qrupu
17:00. Azərbaycan – Belçika – 0:1

Qol: Karrasko, 38
20:00. Estoniya – İsveç – 0:5

Qollar: Gyokeres, 18, Kulusevski, 24, İask, 39, Quaison, 76, Klaesson, 90+2

Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4).

İ qrupu
20:00. Andorra – Belarus – 0:0
22:45. Rumıniya – İsrail – 1:1

Qollar: Alibek, 27 (1:0), Qlouk, 53 (1:1)

22:45. Kosovo – İsveçrə - 2:2

Qollar: Freuler, 14 (0:1), Muriqi, 65 (1:1), Rahmani, 79-avtoqol (1:2), Muriqi, 90+4 (2:2)

Xal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5).

Digər Xəbərlər
Xəbər Lenti