COP29

“Göztəpə” Superliqada

29 Aprel 11:10 E-Topaz 676
“Göztəpə” Superliqada

Türkiyə Super Ligasının yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1-ci liqanın 31-ci turunda İzmirin “Göztəpə” klubu Ankaranın “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub edərək Superliqaya vəsiqəni təmin edib.

Son illər Türkiyənin ən böyük şəhərlərindən biri, İzmirin Superliqada komandası yox idi.

“BAL LİNE” şirkətinin rəsmi ticarət markası “Etopaz”ın bununla bağlı yaydığı açıqlamada bildirilib:

“Qeyd edək ki, klub keçən ilin noyabrında islahatlara başlayaraq “Göztəpə” idarəçiliyini kökündən dəyişib.

Vaxtilə Azərbaycanda “Caspiantech” QSC-nin idarə heyətinin sədri olan Kerem Ertan “Göztəpə”nin başına keçib,

“Etopaz”ın proje direktoru işləyən Onur Umit isə komandada kommersiya direktoru təyin olunub. Və bu təyinatlar klubu uğurlara daşıyıb.

“Göztəpə”nin 2024/25 mövsümündə Türkiyə Superliqasında uğurlu nəticə göstərəcəyinə inanaraq komandaya uğurlar arzu edirirk!”

Xəbər Lenti