Banklar Liqasında qalib müəyyənləşdi - FOTOLAR

18 Dekabr 2023 17:30 E-Topaz 555
Banklar Liqasında qalib müəyyənləşdi - FOTOLAR

“Etopaz”ın baş sponsorluğu, "Fire League"in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Banklar liqası minifutbol turnirində final və 3-cü yer uğrunda oyunlar baş tutub.

3-cü yer uğrunda görüşdə "Unibank" "Kapital Bank" komandası üzərində 7:0 hesablı qələbə qazanaraq 3-cü yerin sahibi olub.

Final qarşılaşması maraqlı və gərgin keçib. "Bank Respublika" "VTB Bank" üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin əsas mükafatına layiq görülüb.

20 bank kollektivinin qatıldığı turnir oktyabr ayında start götürmüşdü.






Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!