“ETOPAZ”ın baş sponsoru olduğu Banklar Liqasının qalibi müəyyənləşdi

20 Fevral 2023 18:50 E-Topaz 465
“ETOPAZ”ın baş sponsoru olduğu Banklar Liqasının qalibi müəyyənləşdi

ETOPAZ-ın baş sponsor olduğu Banklar Liqası minifutbol turniri 11 dekabr tarixində start götürüb.

Turnirdə 10 bank 2-qrupda mübarizə aparıb.

A qrupu

1-Kapital Bank
2-Ziraat Bank Azərbaycan
3-Yelo Bank
4-Unibank
5-Expressbank

B qrupu
1-Bank VTB
2-Bank of Baku
3-ATB
4-Azərbaycan Beynəlxalq Bank
5-Kapital Gənclik

A və B qrupları olmaqla hər qrupda 5 komanda mübarizə aparıb. Qrup oyunlarından sonra play-off, 1/4 final, daha sonra 1/2 final keçirilərək finalçılar müəyyən olunub.

İlk öncə 3-cü yer uğrunda qarşılaşmada Yelo Bank, Bank of Baku üzərində 7-2 hesablı qələbə qazanaraq turnirin bürünc mükafatçısı olub.

Final qarşılaşmasında isə Kapital Bank ABB üzərində 6-2 hesablı qələbə qazanıb, məğlubiyyətsiz keçən mövsümdə çempionluğunu elan edib.

Banklar Liqası təltifolunma
Kapital Bank
ABB
Yelo Bank

Ən yaxşı oyunçu - Ceyhun Şirinli "Kapital Bank"

Ən yaxşı qapıçı - Həzrət Mirzəyev "ABB"

Ən məhsuldar oyunçu - Murad Əliyev (15) qol "Yelo Bank"









Xəbər Lenti