"Burada xoşbəxtəm və bu, müqavilədən daha vacibdir"

3 Aprel 2024 00:20 Dünya futbolu 313
"Burada xoşbəxtəm və bu, müqavilədən daha vacibdir"

Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim gələcəyi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə idman jurnalisti Ben Ceykobs sosial şəbəkə hesabında yazıb.

Ceykobs baş məşqçinin fikirlərini izləyiciləri ilə paylaşıb:

“Mən indi “Sportinq”ə köklənmişəm. Sonda hər şeyi görəcəksiniz, amma hələlik müqaviləm var. Burada xoşbəxtəm. Bu, müqavilədən daha vacibdir”.

Ruben Amorimin “Liverpul”, “Çelsi” və “Barselona”ya keçidi ehtimal edilir. O, 2020-ci ilin martından “Sportinq”ə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu