“Qarabağ”lı ilk müsahibəsində nələri etiraf etdi? - “Çox sevindim”

4 İyul 20:40 Müsahibə 576
“Qarabağ”lı ilk müsahibəsində nələri etiraf etdi? - “Çox sevindim”

“Qarabağ”ın yeni transferi Dani Bolt Azərbaycanda ilk müsahibəsini Sportinfo.az-a verib.

26 yaşlı cinah müdafiəçisi ölkəmizə gəlişi, burada gördükləri və gələcəyi ilə bağlı sualları cavablandırıb.

- “Qarabağ”dan təklif alanda sevindin, təəccübləndin, yoxsa tərəddüd yarandı içində?

- Təklif gələndə çox sevindim. Çünki klubun böyüklüyünü və burada olan möhtəşəm infrastrukturu bilirdim.

- “Qarabağ” barədə nə bilirdin?

- Düzünü desəm, klubu o qədər də yaxşı tanımırdım, amma hər zaman “Qarabağ” haqqında müsbət fikirlər eşitmişdim.

- “Qarabağ”da oynamış, yaxud hazırda oynayan futbolçularla şəxsi tanışlığın var?

- İndiki futbolçulardan heç birini şəxsən tanımırdım. Yalnız qapıçı Vaqner Silva ilə oynamışdım. O da vaxtilə “Qarabağ”ın uğurları üçün çalışıb. Vaqner mənə klub və burada çalışan insanlar haqqında çox yaxşı danışmışdı. Bura gələndə gördüm ki, dedikləri tamamilə doğru imiş.

- “Qarabağ”da oynamış Kadi, Reynaldo, Juninyo kimi həmyerlilərin sonradan aparıcı liqalara üz tutub. Sən də bunu xəyal edirsən?

- Düşünürəm ki, biz insanlar hər zaman daha çoxunu istəməli, ambisiyalı olmalıyıq. Amma eyni zamanda sahib olduqlarımızı da qiymətləndirməliyik. Bu gün mənim fikrim yüz faiz “Qarabağ”a yönəlib. Əgər gələcəkdə hər iki tərəf üçün yaxşı bir fürsət çıxarsa, o zaman baxarıq.

- Daha öncə oynadığın klubları “Qarabağ”dan fərqləndirən nələrdir?

- Əsas fərq onların təqdim etdiyi infrastruktur idi. Bundan əlavə, burada çox yaxşı və müsbət bir mühit var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 07:40 Cəmi beş aya... VİDEO