
“Qəbələ” növbəti transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub.
O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.
Amoah karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.
“Qəbələ” daha öncə Prins Ovusunu transfer edib.