Messi qol pası verdi, Argentina Uruqvaya qalib gəldi - VİDEO

19 İyun 2021 12:20 Dünya futbolu 680
Messi qol pası verdi, Argentina Uruqvaya qalib gəldi - VİDEO

Braziliyada Amerika-2021 kubokunun A qrupunun ikinci turunun Argentina və Uruqvay yığmaları arasında matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalıların qələbə qolunu 27 yaşlı yarımmüdafiəçi Qvido Rodriqes 13-cü dəqiqədə vurub. O, hücumçu Lionel Messinin ötürməsini uğurla başa çatdırıb

Beləliklə, Argentina yığması iki matçda dörd xal yığaraq, A qrupunun yarış cədvəlində Çili komandası ilə birinci yeri bölüşür.

Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın xalları yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!