"Ayaqlarından öpəcəm"

1 Mart 2021 02:24 Dünya futbolu 596
"Ayaqlarından öpəcəm"

ABŞ-ın "Dallas" klubunun futbolçusu Franko Jara İspaniya "Barselona"sının kapitanı Lionel Messinin MLS-ə (Əsas Futbol Liqası) mümkün transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu "90min" nəşrinə müsahibəsində bu xəbərə maraqlı reaksiya verib.

33 yaşlı forvard bildirib ki, həmyerlisi ABŞ çempionatına gəlsə, onun ayaqlarından öpəcək.

Lionel Messinin "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onunla MLS təmsilçisi "Los-Anceles Qelaksi" yaxından maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti