.jpg)
“AFFA-nın fəaliyyətinə millinin AVRO-2024-ün seçmə mərhələsində əldə edəcəyi nəticələrə əsasən qiymət vermək daha düzgündür”.
Bu sözlər Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində bildirib ki, yoxlama oyunlarının nəticələri komandanın əsl potensialını üzə çıxarmaq baxımından əsas götürülə bilməz:
“AFFA həmişə yoldaşlıq görüşləri üçün yığmaya zəif rəqiblər seçir. O düzdür ki, Cannı De Byazi ilk iki ildəki səhvlərindən müəyyən qədər nəticə çıxarıb.
Biz bir halda görülən işlərə müsbət qiymət verə bilərik ki, milli qarşıdakı seçmə mərhələdə əvvəlki illərdən daha çox xal toplasın”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: