“Qarabağ”ı ÇL-dən uzaqlaşdırıb, varlanmaq fikirləri var!

“Qarabağ”ı ÇL-dən uzaqlaşdırıb, varlanmaq fikirləri var!

İngiltərə klublarının cari mövsüm Çempionlar Liqasındakı ümumi gəliri açıqlanıb.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın qazancı də müəyyənləşib.

“Sağsağanlar” hazırkı mərhələyə qədər büdcəsinə 46,7 milyon funt-sterlinqlik gəlir əlavə edib. Ancaq bu, Premyer Liqa təmsilçiləri arasında ən aşağı göstəricidir.

Buna səbəb son 10 ildə Avropa turnirlərində digər klubların “dəyər sütunu” adlanan mexanizm üzrə daha çox pay almasıdır.

Bu mexanizm ölkənin media bazarının dəyəri ilə klubların son 5 və 10 ildə Avropadakı çıxışlarının UEFA əmsal reytinqlərinə əsaslanaraq müəyyən edilir və ümumilikdə 36 klub arasında bölüşdürülən vəsaitin 35 faizini təşkil edir.

Liqa mərhələsində iştirak edən hər bir klub performans mükafatları hesablanmazdan əvvəl 16,1 milyon funt alır.

“Nyukasl”ın Liqa mərhələsində 4 qələbə və 2 heç-heçəsi kluba 16,6 milyon funt qazandırıb. “Dəyər sütunu”ndan əldə edilən 14 milyon funt isə ümumi məbləği 46,7 milyon funt-sterlinqə çatdırıb.

Bu rəqəm “Mançester Siti”, “Liverpul” (84 milyon funt), “Arsenal” (83,1 milyon), “Çelsi” (79,6 milyon) və “Tottenhem”in (72,7 milyon) qazancından xeyli aşağıdır.

Buna baxmayaraq, məqalədə “Nyukasl”ın pley-offda “Qarabağ”la qarşılaşacağı xatırlanaraq, komandanın daha böyük məbləğlər əldə etmək potensialının yüksək olduğu vurğulanıb.

"Qarabağ”la “Nyukasl” arasında oyunlar fevralın 18-də Bakıda, 24-də isə Nyukaslda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!