Tək “Qarabağ”ı yox… “Nyukasl”ı da ağır qrafik gözləyir

Tək “Qarabağ”ı yox… “Nyukasl”ı da ağır qrafik gözləyir

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl”ı da Ağdam klubu kimi bu ay sıx oyun qrafiki gözləyir.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi fevral ayı ərzində, daha doğrusu bu gündən ayın 28-nə qədər 8 oyun keçirməlidir.

Yəni 3 gündən bir meydana çıxmalıdır. Komanda bu oyunlardan beşini səfərdə keçirəcək.

Bunlar İngiltərə kuboku, İngiltərə Liqa kuboku, Premyer Liqa və “Qarabağ”la ÇL-in pley-off oyunlarıdır.

Bu gecə (Bakı vaxtı ilə saat 00:00) İngiltərə Liqa kuboku çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq Eddi Haunun komandası “Qarabağ”la pley-offun ilk matçından 3 gün sonra da “şəhərlilər”lə üz-üzə gələcək.

Xəbər verdiyimiz kimi, “Qarabağ”ı da bu müddət ərzində demək olar ki, 3 gündən bir oyun gözləyir.

Ancaq nəzərə alaq ki, “Nyukasl” uzun illərdir 20 komandanın mübarizə apardığı Premyer Liqada belə sıx qrafiklə çıxış edir.

4 fevral

“Mançester Siti” – “Nyukasl”
İngiltərə Liqa kuboku, yarımfinalın cavab oyunu

7 fevral

“Nyukasl” – “Brentford”
Premyer Liqa

10 fevral

“Tottenhem” – “Nyukasl”
Premyer Liqa

14 fevral

“Aston Villa” – “Nyukasl”
İngiltərə kuboku

18 fevral

“Qarabağ” – “Nyukasl”
Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyun)

21 fevral

“Mançester Siti” – “Nyukasl”
Premyer Liqa

24 fevral

“Nyukasl” – “Qarabağ”
Çempionlar Liqası, pley-off mərhələsi (cavab oyunu)

28 fevral

“Nyukasl” – “Everton”
Premyer Liqa

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!