"Qurban Qurbanovun etdiyini mən təkrarlaya bilməzdim" - "Liverpul"un baş məşqçisi

"Qurban Qurbanovun etdiyini mən təkrarlaya bilməzdim" - "Liverpul"un baş məşqçisi

"Liverpul"un baş məşqçisi Arne Slot "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun davranışını təkrarlays bilməyəcəyini vurğulayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bunu evdə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşərkən söyləyib.

"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq.

Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var.

"Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim" - deyə o bildirib.

"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti