“Onun sağa-sola baxmağa vaxtı yoxdur” - “Qarabağ”a 4 qol vuran hücumçu haqda dedi

10:20 İngiltərə 105
“Onun sağa-sola baxmağa vaxtı yoxdur” - “Qarabağ”a 4 qol vuran hücumçu haqda dedi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın hücumçusu Entoni Qordonun mümkün gedişi ilə bağlı danışıb. “Liverpul”, “Arsenal” və “Mançester Yunayted”in oyunçu ilə maraqlandıqları bildirilir.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı bu barədə heç nə bilmədiyini deyib:

“Bununla bağlı bir şey edə biləcəyimdən əmin deyiləm. Bu barədə heç nə bilmirəm, ona görə də, bu, mənim üçün yeni xəbərdir.

Amma mövsümün yarısını qət etmişik. Qordon karyerasının ən vacib oyunlarına çıxır. Onun indi sağa-sola baxmağa vaxtı yoxdur.

Tamamilə indiki anın üzərində fokuslanmalıdır, növbəti oyuna hazırlaşmalı və özünü ən yaxşı tərəfdən göstərməlidir.

Transferlər haqqında danışmaq oyunçular üçün o qədər də vacib deyil. Əhəmiyyətli olan onların buna necə reaksiya verməsidir.

Oyunçular buna reaksiya verirlərsə və bu, onlara təsir edirsə, əlbəttə ki, onda bu, mənfi bir şey olacaq”.

Qordon Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda (6:1) Bakıda “Qarabağ”ın qapısına 4 qol vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında